Almaniya Bundesliqasında 26-cı turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, turun mərkəzi matçında "Bavariya" doğma meydanda Dortmund "Borussiya"sını qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 55-ə çatdıran "Bavariya" turnir cədvəlinin zirvəsinə yüksəlib. 2 xal geri qalan "Borussiya" isə 2-ci yerdədir.
"Bavariya" - "Borussiya" 4:2
Qollar: Q.Kobel, 13 (avtoqol), T.Müller, 18, 23, K.Koman, 50 - E.Can, 72 (pen.), D.Malen, 90
saytlarin hazirlanmasi