"Bavariya"nın idman direktoru Hasan Salihamidziç Almaniya kubokunun 1/4 finalında "Frayburq"la oyundakı (1:2) məğlubiyyəti şərh edib.
Sportal.az "Bayern & Germany" portalına istinadən xəbər verir ki, klub rəsmisi məğlubiyyətə baxmayaraq Tomas Tuxelin postunda qalacağını söyləyib:
"Oyunun gedişatından çox məyus olduq. Hər şey başqa cür alınmalı idi. Amma bu cür alındı. Təbii ki, çox üzücüdür. Məğlubiyyətin baş məşqçi ilə heç bir əlaqəsi yoxdur. Yayda yeni hücumçu? Əlbəttə, oturub transfer bazarında nə edəcəyimizi görəcəyik".
"Frayburq" "Bavariya" səddini keçərək Almaniya kubokunda yarımfinalına yüksəlib.
saytlarin hazirlanmasi