"Borussiya" Marko Roysla müqavilə müddətini uzadacaq.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi 33 yaşlı yarımmüdafiəçini 2024-cü il iyunun 30-na qədər komandada saxlamağı planlaşdırır.
Roys 2012-ci ilin yayında Münhenqladbax "Borussiya"sından hazırkı klubuna keçib.
Dortmund klubunun kapitanı bu mövsüm Bundesliqada 18 oyunda 6 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi