“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin "Bavariya" ilə ilk oyunu (3:0) haqda təəssüratlarını bölüşüb.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının Almaniyadakı görüşdə daha yaxşı oynamalı olduğunu bildirib:
"Narahat oyun idi. Mən emosional olaraq məhv olmuşam. “Bavariya” ilə matçda daha 10 il qocaldım. Çünki çox çətin oyun alındı. İndi mən istirahət etməliyəm, uşaqlara da bir gün istirahət etməliyəm və sonra “Lester”lə görüşə hazırlaşmalıyıq. Nə etməli olduğumuzu dəqiq bilirdim. Yaxşı oynamasaydıq, “Bavariya” bir, iki və ya üç qol vura bilərdi. Bunu futbolçulara da demişdim.Amma qazandığımız inanılmaz nəticədir. Lakin biz öz oyunumuza sadiq qalmalıyıq. Məndə belə bir hiss var idi ki, şanslarımız olacaq və stadionumuzda xüsusi bir şey edə biləcəyik. Mən bu qələbənin nə demək olduğunu başa düşürəm, amma biz Almaniyaya daha çox qol vurmaq və matçda qalib gəlmək üçün gedəcəyik".
saytlarin hazirlanmasi