"Bavariya" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Mançester Siti"yə 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Münhen təmsilçisinin paltardəyişmə otağında gərginlik yaşanıb. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Bavariya"nın futbolçuları Sadio Mane ilə Leroy Sane arasında mübahisə baş verib. Seneqallı hücumçunun komanda yoldaşını yumruqla vurduğu iddia olunur. "Bavariya"nın digər futbolçuları Maneni çətinliklə sakitləşdirə biliblər.
saytlarin hazirlanmasi