Bundesliqanın ən yaxşısı açıqlandı

14:56 - 13 Aprel 2023

Almnaiya Bundesliqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxısı adına Dortmund "Borussiya"sının müdafiəçisi Rafael Qerreyro layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Rafael Qerreyro 2016-cı ilin yayından "Borussiya"da çıxış edir. Portuqaliyalı sol cinah müdafiəçisi martın 11-dən aprelin 8-ə kimi meydana çıxdığı 4 Bundesliqa matçında 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər xətti