"Bavariya" avstriyalı ilə müqavilə imzaladı

12:18 - 18 Aprel 2023

"Bavariya" mövsümün sonunda "Leyptsiq"in yarımmüdafiəçisi Konrad Laymeri transfer edəcək.

Sportal.az "Sky Germany" portalına istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı avstriyalı oyunçu ilə dörd illik müqavilə imzalayıb.

Məlumata görə, Laymer iki dəfə tibbi müayinədən keçib və "Bavariya" ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.

2017-ci ilin yayından "Leyptsiq"də çıxış edən Konrad "Liferinq", "Zalsburq"da da oynayıb.

Xəbər xətti