"Bavariya" "Napoli"nin forvardını transfer etmək istəyir

12:44 - 19 Aprel 2023

"Bavariya" yayda "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etməyə çalışacaq.

Sportal.az "Bayern&Germany" portalına istinadən xəbər verir ki, Münhen təmsilçisi bu yay nigeriyalını heyətinə qatmaq üçün hərəkətə keçəcək.

24 yaşlı hücumçu Almaniya nəhənginin transfer siyahısına başçılıq edir.

Lakin məsələ orasındadır ki, münhenlilər futbolçu üçün 100 milyon avrodan çox pul ödəmək istəmir.

"Napoli" ilə müqaviləsi 2025-ci ilin yayına qədər olan forvardla PSJ də maraqlanır.

Xəbər xətti