"Mançester Siti" kanadalı üçün klubuna müraciət edəcək

13:44 - 19 Aprel 2023

"Bavariya"nın müdafiəçisi Alfonso Deyvis "Mançester Siti"yə transfer ola bilər.

Sportal.az "Sky Sport Germany" portalına istinadən xəbər verir ki, "şəhərlilər" yayda onun transferi üçün Münhen klubuna rəsmi təklif göndərəcək. 

"Mançester Siti" ilə yanaşı "Real" da 22 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

İddiaya görə, Almaniya klubu kanadalı futbolçunu satmaq niyyətində deyil. 

Xəbər xətti