"Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix Çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" ilə cavab oyununda (1:1) heç-heçəni şərh edib.
Sportal.az xəbər verir ki, "DAZN"a açıqlama verən almaniyalı futbolçu Münhen klubunun yarımfinala çıxa bilməməsindən danışıb:
"Təəssüf ki, əlimizdə olan şanslardan istifadə edə bilmədik və belədə, qalib gəlmək alınmadı. Hesabı açsaydıq, matçın gedişatı necə olacaqdı, onu görməyi çox istəyərdim. 180 dəqiqənin cəmi 20-30 dəqiqəsini yaxşı oynaya bilmədik. Düşünmürəm ki, bizi yalnız möcüzə xilas edə bilərdi. Biz üç və hətta daha çox qol vura bilərdik".
Xatırladaq ki, İngiltərədə keçirilən ilk oyunda “Bavariya” “Mançester Siti”yə 0:3 hesabı ilə uduzmuşdu. Xosep Qvardiolanın komandası yarımfinalda "Real”la qarşılaşacaq.
saytlarin hazirlanmasi