Almaniyanın "Bavariya" klubunun heyətindı ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Alfonso Deyvis sıradan çıxıb. 22 yaşlı futbolçu Bundesliqanın 29-cu turunun "Maynts"la matçında (1:3) zədələnərək meydanı tərk edib. Əzələsindən xəsarət alan kanadalı sol cinah müdafiəçisinin mövsümün qalan hissəsini buraxmaq ehtimalı var.
"Bavariya" Alfonso Deyvisi 2019-cu ilin yanvar ayında "Vankuver"dən transfer edib. Kanada millisinin üzvü cari mövsümdə Bundesliqa klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi