"Bavariya" Lukas Hernandeslə yeni müqavilə imzalamağa hazırlaşır.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi fransalı müdafiəçi ilə sözləşmə barədə razılıq əldə edib. 27 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi uzadılacaq. Rəsmi açıqlama yaxın günlərdə ediləcək.
Qeyd edək ki, "Bavariya" Lukas Hernandesi 2019-cu ilin yayında "Atletiko"dan transfer edib. Fransa millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi