"Napoli"nin hücumçusu Viktor Osimhen "Bavariya"ya mümkün transferin əleyhinə deyil.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, futbolçu agentlərinə Münhen klubunda oynamaq istədiyini bildirib.
"Napoli"nin prezidenti Aurelio De Laurentis də komandanın bombardirini 150 milyon avroya satmağa hazır olduqları barədə qarşı tərəfi məlumatlandırıb.
24 yaşlı nigeriyalı hücumçu "Volfsburq", "Şarlerua", "Lill"də oynadıqdan sonra 2020-ci ildə "Napoli"yə keçib.
saytlarin hazirlanmasi