"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Çelsi"nin futbolçusu Mateo Kovaçiçi sərəncamında görmək niyyətindədir.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Kovaçiç üçün rəhbərliyə müraciət edib.
O, xorvatiyalının yeni mövsümdən komandaya cəlb olunmasının vacibliyini rəhbərliyə söyləyib. Mateonun London təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
"Dinamo", "İnter", "Real"da oynamış Kovaçiç 2018-ci ildən "Çelsi"də çıxış edir.
saytlarin hazirlanmasi