İsveçrə millisinin qapıçısı Yan Sommer mövsümün sonunda "Bavariya"nı tərk edəcək.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubunun baş məşqçisi Tomas Tuxel zədəsini sağaldan Manuel Noyeri yenidən əsas heyətə qaytarmağı planlaşdırır.
Yan Sommer isə ikinci qapıçı olmaq istəmədiyindən yeni komanda axtarmağa başlayıb.
34 yaşlı qapıçı “Bazel”, “Vaduts”, “Qrasshopper”, “Borussiya”(Münhenqladbax) klublarının qapısını qoruyub.
saytlarin hazirlanmasi