Almaniyanın "Borussiya" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi komandanın kapitanı Marko Roysun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı hücumçu 2024-cü ilin yayına kimi "sarı-qaralar"ın formasını geyinəcək.
Qeyd edək ki, Marko Roys 2012-ci ilin yayından "Borussiya"da çıxış edir. Almaniya millisinin üzvü komadanın heyətində meydana çıxdığı 382 rəsmi matçda 161 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi