Almaniyanın "Bavariya" klubunun heyətində ciddi tiki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Dayo Upamekano zədələnib. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel məlumat verib. 24 yaşlı mərkəz müdafiəçisi 2 həftə məşq prosesindən kənarda qalacaq.
Qeyd edək ki, "Bavariya" Dayo Upamekanonu 2021-ci ilin yayında "Leyptsiq"dən transfer edib. Fransalı mərkəz müdafiəçisi cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi