"Bavariya"nın baş direktoru Oliver Kan Münhen klubunun bu mövsümün də çempion olacağına əmindir.
Sportal.az "Bayern&Germany" portalına istinadən xəbər verir ki, veteran qolkiper Almaniya nəhənginin hazırkı durumunu dəyərləndirib:
"Əlbəttə, biz bu mövsüm yenidən Almaniya çempionu olmaq istəyirik. Biz bunu edəcəyik. "Bavariya"nın üzləşdiyi çətin vəziyyətlər keçmişdə çox olub. Bunlar klubu daha da gücləndirib. Rəhbərliyin rahat olması vacibdir. Çempionluğu qazanacağımıza inanıram".
"Bavariya" 59 xalla ikinci, “Borussiya” isə 61 xalla liderdir.
saytlarin hazirlanmasi