"Bavariya"nı lider edən qələbə - VİDEO

21:13 - 30 Aprel 2023

Almaniya Bundesliqasında 30-cu turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, "Bavariya" doğma meydanda "Herta"nı qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 62-yə çatdıran "Bavariya" Bundesliqada turnir cədvəlinin zirvəsinə yüksəlib. 22 xalı olan "Herta" isə sonuncu yerdədir.

"Bavariya" - "Herta" 2:0

Qollar: Serji Qnabri, 69, Kinqsi Koman, 79

Xəbər xətti