Fransa millisinin üzvü yayda klubunu tərk edəcək

16:09 - 1 May 2023

Fransalı futbolçu Kristofer Nkunku yayda "Leyptsiq"dən ayrılacaq.

Sportal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Marko Rouz məlumat verib. O, 26 yaşlı vingerin klubda son həftələrini keçirdiyini bildirib.

Qeyd edək ki, "Leyptsiq" Kristofer Nkunkunu 2015-ci ilin dekabr ayında "Paris" klubundan transfer edib. Fransa millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 30 matçda 18 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti