Xabi Alonsonun komandası evdə uduzdu - VİDEO

10:05 - 6 May 2023

Almaniya Bundesliqasında 31-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə "Bayer Leverkuzen" doğma meydanda "Köln"ü qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 38-ə yüksəldən "Köln" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Xabi Alonsonun rəhbərlik etdiyi "Bayer Leverkuzen" isə 48 xalla 6-cı yerdədir.

"Bayer Leverkuzen" - "Köln" 1:2

Qollar: Amin Adli, 28 - Deyvi 14, 36

Xəbər xətti