"Bavariya" "Bayer"in yarımmüdafiəçisi Florian Virtsi heyətinə qatmaq niyyətindədir.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi mümkün transferlə bağlı qarşı tərəflə danışıqlara başlayıb.
Amma Leverkuzen klubu onunla yollarını ayırmaq istəmir. Virts ciddi zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb.
"Bayer" onun tez bir zamanda zədəsini sağaldaraq sıraya dönəcəyinə ümid edir.
Virts bu mövsüm Bundesliqada 13 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi