"Arsenal"ın futbolçusu Qranit Caka İngiltərədən ayrılmağa hazırlaşır.
Sportal.az "Mirror"a istinadən xəbər verir ki, isveçrəli futbolçunun xidmətində "Bayer"in xidmətində maraqlıdır. Leverkuzen klubu artıq yarımmüdafiəçinin agenti ilə danışıqlara başlayıb.
2016-cı ildən "topçular"ın heyətində çıxış edən Caka özü də, Almaniyaya geri qayıtmaq niyyətindədir.
"Arsenal"la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq futbolçu bu mövsüm 44 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
30 yaşlı futbolçu əvvəllər "Bazel" və "Borussiya"(Münhenqladbax) klublarında oynayıb.
saytlarin hazirlanmasi