Almaniya klubu mövsümün sonunda baş məşqçisi ilə yollarını ayıracaq

11:31 - 10 May 2023

"Ayntraxt" baş məşqçi Oliver Qlasnerin mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisinin idman direktoru Markus Kreşe bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib. 

Qlasnerin yeni mövsümə daha iddialı klubda başlayacağı gözlənilir.

Mütəxəssislə müqavilə 2024-cü ilin yayına kimi qüvvədədir. 48 yaşlı avstriyalı 2021-ci ildən "Ayntraxt"ı çalışdırır. O, kluba 2021/22 Avropa Liqasında qələbə qazandırıb.

Xəbər xətti