"Köln"ün baş məşqçisi Şteffen Baumqart klubla müqavilə müddətini uzadıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, adıçəkilən mütəxəssis 2025-ci ilə qədər "Köln"ə rəhbərlik edəcək.
Mütəxəssis mövsümün əvvəlində razılaşdırıldığı kimi, ilkin olaraq 30 iyun 2024-cü ilə qədər qüvvədə olan müqaviləsini daha bir il, 2025-ci il iyunun 30-dək uzadıb.
Baumqart müqavilə müddətini uzatması haqda bunları deyib:
"Keçən il biz razılığa gəldik ki, bütün tərəfləri qane edərsə, müqaviləni daha bir il uzadacağıq. Mənim üçün buna heç bir şübhə yoxdur. Niyə? Çünki bu komandada işləmək mənə çox xoşdur. Biz həmişə bir yol tutmuşiq, əminəm ki, o hələ tamamlanmayıb. Birlikdə çox şeyə nail ola bilərik".
saytlarin hazirlanmasi