"Bavariya" əvvəlki qədər çox qol vurmur"

14:18 - 14 May 2023

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel İspaniya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, "sport.es"ə açıqlama verən almaniyalı mütəxəssis komandada qol vuran mərkəz hücumçusunun olmadığını deyib:

"Bavariya" əvvəlki qədər çox qol vurmur. Amma o vaxtı Levandovski kimi hücumçumuz var idi. Robert və onun bir mövsümdə vurduğu 40 qol üçün darıxırıq. İndi bu məqamlar çatışmır. "Real" və ya "Mançester Siti"yə baxsanız, onların hücumda belə oyunçuları var".

 

Xəbər xətti