Almaniya klubu müdafiəçi transfer etdi

18:12 - 14 May 2023

"Köln" Yulian Şabotun transfer hüquqlarını "Sampdoriya"dan alıb.

Sportal.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu 2022-ci ilin yanvarında 300 min avroya icarəyə götürülmüşdü.

Şabot "Köln"də 25 matça çıxıb və 2 məhsuldar ötürmə edib.

Transfer məbləği 2,5 milyon avro idi.

Almaniyalı müdafiəçi “Leyptsiq”, “Sparta”(Rotterdam), “Qroningen”, “Sampdoriya”, “Spetsiya” klublarında oynayıb.

Xəbər xətti