İspaniya yığmasının sabiq üzvü Almaniya klubuna keçdi

13:32 - 15 May 2023

"Bayer" "Benfika"nın müdafiəçisi Alexandro Qrimaldonu transfer edib.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, futbolçu gələn yay azad agent kimi Almaniya klubuna keçəcək.

Leverkuzen təmsilçisinin müqavilə müddəti dörd illikdir.

27 yaşlı futbolçu “Barselona” yeteirməsidir və 2016-cı ildən “Benfika”da oynayırdı.

Leverkuzen klubundan əvvəl isə İspaniyanın U-21 yığmasının üzvünə Avropanın daha iddialı klublarından təklifləri var idi.

Xəbər xətti