"Volfsburq"un hücumçusu Omar Marmuş Almaniyada klubunu dəyişib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, "Ayntraxt"la anlaşıb.
Misirli Frankfurt təmsilçisi ilə azad agent kimi müqavilə imzalayıb.
O, bu mövsüm "Volfsburq"un heyətində 34 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Misir millisinin hücumçusu ölkəsində "Vadi Deqla" klubunda oynadıqdan sonra 2017-ci ildə "Volfsburq"a keçmişdi. O, müxtəlif illərdə "Sankt-Pauli" və "Ştutqart"da icarə əsasında oynayıb.
saytlarin hazirlanmasi