Millinin sabiq üzvü 12 il sonra klubunu tərk edir

19:25 - 16 May 2023

Almaniyanın "Bayer" klubunda ayrılıq gerçəkləşəcək.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi mövsümün sonunda Kərim Bellarabi ilə yollarını ayıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Leverkuzen təmsilçisi 33 yaşlı vingerin yayda başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Qeyd edək ki, "Bayer" Kərim Bellarabini 2011-ci ilin yayında Braunşveyq "Ayntraxt"ından transfer edib. Almaniya millisinin sabiq üzvü komandanın heyətində meydana çıxdığı 290 rəsmi matçda 57 qol və 66 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti