Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyemi bu ada layiq görülüb. Məlumatı turnirin rəsmi saytı yayıb.
Almaniyalı forvard səsvermədə Matteys de Liqt ("Bavariya"), Henninq Matrikiani ("Şalke"), Li Buxanan ("Verder"), Tom Krauss ("Leyptsiq") və Junior Dina Ebimbeni ("Ayntraxt") qabaqlayıb.
Qeyd edək ki, "Borussiya" Kərim Adeyemini mövsümün əvvəlində "Zaltsburq"dan transfer edib. 21 yaşlı forvard Bundesliqada keçirdiyi 22 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi