Bu klub beş ildən sonra Almaniya Bundesliqasına qayıtdı

21:55 - 19 May 2023

"Darmştadt" Almaniya Bundesliqasına vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, bu mövsüm ikinci Bundesliqada mübarizə aparmış klub 33-cü turda "Maqdeburq"a 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 36-cı dəqiqədə Filip Tits vurub.

Hesabında 67 xalı olan “Darmştadt” sona qədər ikinci Bundesliqada iki yerdən birini təmin edib. Bu, adıçəkilən klubun Almaniya futbol elitasına dördüncü qayıdışı olacaq. Xatırladaq ki, klub daha əvvəl 2018-ci ildə Bundesliqanı tərk etmişdi.

Xəbər xətti