Almaniya Bundesliqasının tərk edən ilk komandanın adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Herta" sona bir tur qalmış elita ilə vidalaşıb. Berlin təmsilçisi 33-cü turda doğma meydanda "Bohum"la 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra komandanın II Bundesliqaya düşəcəyi rəsmiləşib.
"Herta" 33 tudan sonra 26 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Paytaxt klubu 16-cı yerdə olan "Şalke"dən 5 xal geri qalır.
saytlarin hazirlanmasi