"Bavariya"nın baş məşqçi postunda dəyişiklik edilməyəcək. Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi komandanın zəif çıxışına baxmayaraq, Tuxellə yollarını ayırmaq istəmir. "Bavariya" 49 yaşlı mütəxəssisin rəhbərliyi altında Almaniya kuboku və Çempionlar Liqasından kənarda qalıb.
Çempionatın sona çatmasına bir tur qalmış isə ikinci pilləyə düşən Münhen klubunun rəhbərliyi Tuxellə yoluna davam edəcək və yeni mövsüm bir neçə kuboku qazanmağı almaniyalı məşqçidən tələb edəcək.
saytlarin hazirlanmasi