"Borussiya"nın (Dortmund) hücumçusu Sebastyen Aller "Bavariya"ya mümkün keçidini şərh edib.
Sportal.az “Sport Bild”ə istinadən xəbər verir ki, afrikalı forvard Dortmund klubunun heyətində Bundesliqa çempionluğunu qazanmaq istədiyi üçün adının “Bavariya” ilə hallanması ilə maraqlanmadığını bildirib.
"Bavariya" hücumçu axtarır? Mən ora getməkdə maraqlı deyiləm. “Borussiya” ilə titul qazanmaq istəyirəm”.
28 yaşlı hücumçu bu mövsüm “Borussiya”nın heyətində 21 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə verib. Almaniya çempionatının başa çatmasına bir tur qalmış 70 xalla turnir cədvəlinə "Borussiya" başçılıq edir. "Bavariya" Dortmund klubundan iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi