"Atletiko" tarixində 1998/1999 mövsümündən sonra ilk dəfə

19:17 - 25 May 2023

"Atletiko" (Madrid) La Liqanın 36-cı turu çərçivəsində səfərdə "Espanyol"la heç-heçə edib (3:3).

Sportal.az xəbər verir ki, Madrid klubu 1998/1999-cu il mövsümündən sonra ilk dəfə üç top irəlidə ola-ola qələbə qazana bilməyib.

Dünən Barselonada keçirilən görüşdə Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv matçın gedişində 3:0 öndə olsa da, sonda bir xalla kifayətlənib.

Beləliklə, "Atletiko” 1998/1999-cu il mövsümündən bəri ilk dəfə İspaniyanın daxili çempionatının matçında üç qol üstünlüyü ilə qələbəni əldən verib.

Xəbər xətti