Almaniya millisinin sabiq üzvü Lotar Matteus Tomas Tuxelin gəlişindən sonra "Bavariya"nın necə oynadığı ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “Bild”ə danışan veteran futbolçu Münhen klubunun durumunun yaxşı olmadığını deyib:
"Baş məşqçi dəyişikliyinə qədər də çoxlu səhvlərə yol verilmişdi. Bu da sonda keçmiş çalışdırıcının postundan göndərilməsinə gətirib çıxardı. Bununla belə, Yulian Naqelsmann rəhbərliyi altında "Bavariya" treble doğru irəliləyirdi. Tomas Tuxelin rəhbərliyi altında “Bavariya” daha pis oynamağa başlayıb".
Matteus 1984-1998 və 1992-2000-ci illərdə “Bavariya”da oynayıb.
saytlarin hazirlanmasi