"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix yeni mövsümə İngiltərədə başlaya bilər.
Sportal.az "90min"ə istinadən xəbər verir ki, almaniyalı "Mançester Siti"nin maraq dairəsindədir.
"Şəhərlilər" Kimmix üçün qarşı tərəfə həm müəyyən məbləğ, həm də Joao Kanselanı təklif etməyi planlaşdırır. Almaniya klubunun bu təkliflə razılaşıb-razılaşmayacağı hələ ki, dəqiq deyil.
28 yaşlı futbolçu 2015-ci ildə "Leyptsiq"dən "Bavariya"ya keçib.