Millinin qapıçısı "Bavariya"nı tərk edəcək

21:59 - 27 May 2023

İsveçrə millisinin qapıçı Yan Sommer yayda "Bavariya"nı tərk edəcək.

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, 34 yaşlı qolkiper yeni mövsümdə ehtiyat oyunçu olmaq istəmir və mövsümün sonunda klubdan ayrılmaq niyyətindədir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. 

Sommer qış fasiləsində Manuel Noyerin zədələnməsindən sonra heyətə cəlb edilib. O, bu mövsüm Bundesliqa 28 oyunda 38 qol vurub. 

Qolkiperlə İspaniyadan "Valensiya", "Vilyarreal", Fransadan "Monako" və İngiltərədən "Lester" maraqlanır.

Xəbər xətti