Almaniyanın "Borussiya" klubu 5 futbolçu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi müdafiəçilər Rafael Gerrero, Feliks Passlak, yarımmüdafiəçi Mahmud Dahud, hücumçu Antoni Modeste və qapıçı Luka Unbehaunla yola davam etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçuların hər birinin başa çatan müqavilələrinin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Borussiya" Almaniya Bundesliqasını 71 xalla ikinci pillədə başa vurub.
saytlarin hazirlanmasi