"Herta"nın hücumçusu Stevan Yovetiç komandanı tərk edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Berlin təmsilçisi tanınmış forvardla müqavilə müddətini artırmayıb.
Bu mövsüm 33 yaşlı forvard Bundesliqada 17 oyun keçirib və 4 qol vurub. Monteneqro millisinin forvardı “Partizan”, “Fiorentina”, “Mançester Siti”, “İnter”, “Sevilya”, “Monako” klublarında oynayıb. Onun yeni Türkiyə Superliqasında başlayacağı ehtimal edilir.
saytlarin hazirlanmasi