“Bavariya” "Borussiya"dan ayrılan Rafael Qerreyronu heyətinə qatmağa çalışacaq.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi müdafiəçinin "Borussiya”dan ayrılacağını bilirdi və onunla həftələrdir danışıqlar aparırdı.
Portuqaliya millisinin üzvünün Almaniya çempionu ilə razılığa gəlib-gəlmədiyi hələ ki, dəqiqləşməyib. Bu mövsüm 29 yaşlı müdafiəçi "Borussiya”nın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 6 qol vurub, 14 məhsuldar ötürmə edib.O, 2016-cı ildən Dortmund klubunda çıxış edirdi.
saytlarin hazirlanmasi