"Premyer Liqada oynayanda Azərbaycandan tez-tez zəng edirdilər, diviziona düşdük, aktivlik "öldü"

14:14 - 1 İyun 2023

Azərbaycanın U-19 yığmasının sabiq üzvü, AFFA-nın A milliyə cəlb etmək istədiyi Ruslan Fişenko hələ ki, bu təkliflə razılaşmayıb. Rusiya birinci liqasının iddialılarından olan "Rodina"nın formasını geyinən yarımmüdafiəçinin Azərbaycan millisində oynayıb-oynamayacağı maraqlıdır. Bununla bağlı 22 yaşlı futbolçunun fikrini öyrənmək istədik. Bu mövsüm birinci divizionda 30 oyunda iştirak edib, bir məhsuldar ötürmə etmiş Fişenkonun məsələyə münasibəti bu cür oldu:

"Nəyə görə gəlib Azərbaycan millisində oynamalıyam ki? Hazırda millidə oynamaq planlarıma daxil deyil. Əslində, heç bir yenilik də yoxdur. Rusiya Premyer Liqasında oynayanda, telefonum "partlayırdı". Azərbaycana yollanmağım üçün oradan tez-tez zəng edirdilər. Mən imtina edirdim. Birinci diviziona düşdük, aktivlik "öldü". Elə hər zaman da belə olur. Rusiya Premyer Liqasına qayıtdıqdan sonra, eyni cür hərəkət edəcəm".

Mirbağırağa

Xəbər xətti