Benzema Səudiyyə Ərəbistanı klubuna keçir

13:48 - 1 İyun 2023

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu "Real"ın hücumçusu Kərim Benzemanı heyətinə qatmağa çalışır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ərəblər fransalı forvardla müqavilə imzalamaqda israrlıdır. "Əl-İttihad" rəsmiləri fransalıya illik 100 milyon avro maaş təklif edib. Benzema isə hələ ki, qarşı tərəfə yekun qərarını söyləməyib. Amma futbolçunun yaxın çevrəsindən olan insanların dediyinə görə, Benzema Səudiyyə Ərəbistanına yollanmağa müsbət yanaşır.

"Lion" yetirməsi olan 35 yaşlı forvard 2009-cu ildən "Real"da oynayır.

Xəbər xətti