Almaniya millisinin üzvü klubunda qaldı

12:14 - 3 İyun 2023

“Ayntraxt” Mario Götze ilə müqavilə müddətini artırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Frankfurt klubu təcrübəli oyunçunu buraxmaq istəməyib. 30 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Götze ötən mövsüm "Ayntraxt"ın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 3 qol vurub və 9 məhsuldar ötürmə edib.Yarımmüdafiəçi “Borussiya”(Dortmund), “Bavariya”, PSV-də oynadıqdan sonra “Ayntraxt”a keçmişdi.

Xəbər xətti