Almaniya klubunun yeni baş məşqçisi açıqlandı

20:17 - 6 İyun 2023

Münhenqladbax "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini Jerardo Seoane çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsveçrəli mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Jerardo Seoanenin son iş yeri "Bayer" olub. 44 yaşlı çalışdırıcı "Borussiya"nın baş məşqçisi postundan Daniel farkeni əvəz edib.

Xəbər xətti