"Liverpul" "Bavariya"nın müdafiəçisi Benjamin Pavar üçün hərəkətə keçib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, fransalı "Mançester Siti" və "İnter"in maraq dairəsində olsa da, "Liverpul" forması geyinmək istəyir.
Fransalı 2019-cu ildən bu yana çıxış etdiyi "Bavariya"dan ayrılmaq qərarını verib. Onun Münhen klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
Pavar bu mövsüm Bundesliqada 30 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi