"Borussiya" "Real"ın yeni transferinə əvəzləyici tapdı

19:33 - 9 İyun 2023

"Ayaks"ın yarımmüdafiəçisi Edson Alvares "Borussiya"ya keçə bilər.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Cud Bellinqemin "Real"a transferindən sonra Dortmund klubunun rəhbərliyi Alvaresin meneceri ilə danışıqları bərpa edib.

Alman klubu yaxın günlərdə futbolçu üçün rəsmi təklif irəli sürəcək. Alvaresin özü də "Borussiya"ya keçməkdə maraqlıdır. 

25 yaşlı meksikalı 2019-cu ildə "Amerika"dan "Ayaks"a keçmişdi.

Xəbər xətti