"Bavariya"da Yulian Naqelsmannın köməkçisi işləmiş Dino Toppmöller "Ayntraxt"ın baş məşqçisi təyin edilib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 yaşlı alman mütəxəssislə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Toppmöller 2022/2023 mövsümünün sonunda komandadan ayrılan baş məşqçi Oliver Qlasneri əvəzləyib.
"Ayntraxt" Bundesliqada mövsümü yeddinci pillədə başa vuraraq Almaniya kubokunun finalına çıxıb və burada "Leyptsiq"ə 0:2 hesabı ilə uduzub. Toppmöller əvvəllər “Leypsiq”də köməkçi məşqçi kimi çalışıb, 2016-2019-cu illərdə tarixdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi bacaran Lüksemburqun “Düdelanj” klubuna başçılıq edib.
saytlarin hazirlanmasi