"Bavariya"nın forvardı Tomas Müller karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəməyib.
Sportal.az "Bayern-Insider" portalına istinadən xəbər verir ki, Münhen klubunun təcrübəli hücumçusu ərəb klublarından gələn təklifləri geri çevirib.
33 yaşlı futbolçu agentinə bu cür variantların marağında olmadığını bildirib. O, karyerasını “Bavariya”da başa vurmaq niyyətindədir.
2009-cu ildən Almaniya nəhənginin əsas komandasında oynayan Tomasın müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.